Azərbaycan nefti ucuzlaşdı

  • 16:14 - 04 Avqust

Azərbaycan neftinin qiyməti bir qədər azalıb.

Avropa.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 0,62 ABŞ dolları və ya 0,84 faiz ucuzlaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 72,86 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.


Oxunma sayı: 9032

Oxşar yazılar