Azərbaycanın tanınmış tikinti şirkətində ƏMƏLİYYAT: Saxlanılanlar var

  • 13:59 - 04 Avqust

Azərbaycanın tanınmış tikinti şirkətində əməliyyat keçirilib.

Avropa.info bildirir ki, lent.az-ın əldə etdiyi xəbərə görə, “A+A” Şirkətlər Qrupunun Bakıdakı ofislərində həyata keçirilən əməliyyatlar zamanı bir sıra qanunsuzluqlar aşkar edilib.

Aşkarlanan faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, “A+A” böyük tikinti şirkətidir.


Oxunma sayı: 2157

Oxşar yazılar