Azərbaycanda qalıqları tapılan itkin erməni hərbçilərinin sayı 1 629 nəfərə çatdı

  • 11:07 - 04 Avqust

Bu gün Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 3 hərbçisinin qalıqları tapılıb.

Avropa.info “report”a istinadən xəbər verir ki, daha 3 hərbçinin qalıqları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib. Beləliklə, Azərbaycan ərazisində ümumilikdə 6 erməni hərbçinin qalıqları tapılıb.

Qeyd edilir ki, erməni hərbçilərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da 2020-ci ilin 13 noyabrından Azərbaycan ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 629 nəfərə çatıb.


Oxunma sayı: 2322

Oxşar yazılar