Türkiyədə 38 vilayətdə 163 yanğından 152-si söndürülüb -Bekir Pakdemirlidən AÇIQLAMA

  • 00:46 - 04 Avqust

Türkiyənin 38 vilaytətində 163 yanğından 152-si söndürülüb.

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Meşə və Kənd Təsərrüfatı naziri Bekir Pakdemirli keçirdiyi mətbuat konfransında deyib.

Muğlada 5 yanğının davam etdiyini qeyd edən nazir bu gün vilayətin Mərmərə rayonunda 45 dərəcə isti olduğunu bildirib: “7 iyul 1998-ci ildə 45,3 dərəcə istilik qeydə alınıb ki, bununla da ərazidə havanın hərarəti rekord həddə çatıb”.

Nazir küləkli hava şəraitinin söndürülən yanğının bir müddət sonra yenidən alovlanmasına səbəb olduğunu da vurğulayıb: “Havada rütubətin aşağı düşməsi, quru külək yanğının istiqamətinin dəyişməsinə və sürətlənməsinə səbəb olur”.

B.Pakdemirli onu da əlavə edib ki, yanğnların söndürülməsinə 72 hava nəqliyyat vasitəsi cəlb olunub: “Hazırda 16 təyyarə və 51 helikopter yanğınlara müdaxilə edir”.

Nazir hazırda bütün dünyada meşə yanğınları təhlükəsinin olduğunu diqqətə çatdırıb.


Oxunma sayı: 7173

Oxşar yazılar