Pentaqon yaxınlığında atışma zamanı polis zabiti ölüb

  • 22:55 - 03 Avqust

ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında baş verən atışma zamanı polis zabiti ölüb.

Bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Atışma çərşənbə axşamı Pentaqon kompleksindəki avtobus dayanacağında baş verib. Hadisə ilə əlaqədar sakinlər müvəqqəti olaraq yaşayış binasına buraxılmayıblar və bina müvəqqəti bloklanıb.

Qeyd edilir ki, ərazidə vəziyyət normallaşıb, lakin ən yaxın metro stansiyasına giriş hələ də bağlıdır.(report) 


Oxunma sayı: 2949

Oxşar yazılar