Ərdoğandan İlham Əliyevə təşəkkür MESAJI: "Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm"

  • 17:57 - 03 Avqust

"Can Azərbaycanın Prezidenti dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm".

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter səhifəsində yazıb.

Ərdoğan, meşə yanğınlarının söndürülməsində etdiyi yardımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Meşə yanğınlarının söndürülməsində apardığımız mübarizədə dəstək verən, başsağlığı diləyən, yardıma hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətimin adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi qısa müddətə dəf edəcəyik. Xüsusilə ilk andan dəstəklərini əsirgəməyən Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiyanın dövlət başçısı Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəmin adından təşəkkür edirəm. Qonşumuz İranın Prezidenti Həsən Ruhani, Qətər Əmiri Şeyx Təmim, Xorvatiya Prezidenti Zoran Milanoviç və Ukrayna Prezidenti Volodimir Zelenskiyə göstərdikləri həmrəyliyə görə təşəkkürlərimi bildirirəm", - Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində yazıb. 


Oxunma sayı: 2850

Oxşar yazılar