Əfqanıstanda "Taliban"ın hücumuna görə 4 telekanal, 11 radiostansiya bağlanıb

  • 20:00 - 03 Avqust

Əfqanıstanın cənubunda “Taliban” qruplaşmasının hücumu nəticəsində azı 4 televiziya kanalı və 11 radiostansiya fəaliyyətini dayandırmağa məcbur olub.

Bu barədə məlumatı Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyi yayıb.

Bildirilib ki, “Taliban”ın hücumu ilə əlaqədar Əfqanıstanın cənubunda yerləşən Gilmend əyalətinin mərkəzi Leşkərgah şəhərində fəaliyyət göstərən telekanallar və radiostansiyalar fəaliyyətini dayandırıb.


 


Oxunma sayı: 2487

Oxşar yazılar