Türkiyə səfiri: "Azərbaycanla qardaşlığımızı ürəkdən hiss edirik" – VİDEO

  • 16:20 - 03 Avqust

“Qardaşlarımızın bizimlə birgə necə mübarizə apardığını görürük”.

Avropa.info  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədəki yanğınlarla bağlı Mediatürk TV-yə müsahibəsində deyib.

“Azərbaycandan gedən ilk komandanın mübarizəsini gördük. Təşəkkür edirik, minnətdarıq, nə yaxşı ki, varsınız. Azərbaycandan yola düşən digərləri Türkiyənin daxilində irəliləyir. Yeni qrup yaxın vaxtda yanğın bölgəsinə çatacaq. Onlara çox təşəkkür edirik. Buradan “yetişdim kardeşim” deyərək, yanğın yerlərinə getdikləri üçün minnətdarıq. Qardaşlığı ürəkdən hiss edirik. Ürək sözlərinizi ilk dəqiqədən duyuruq. Bütün vətəndaşlar, dövlət qurumları Türkiyənin yanındadır. Hamınıza təşəkkür edirik. Türkiyə bunun altından qalxacaq gücdədir. Bu yaralar sarılacaq, yox olan ərazilər yenidən bərpa ediləcək”.

Səfirin geniş müsahibəsi ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:


Oxunma sayı: 2245

Oxşar yazılar