Ersin Tatar Türkiyəyə səfərə gəlir

  • 14:22 - 03 Avqust

Şimali Kipr türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar xanımı Sibel Tatar ilə birlikdə bu gün Türkiyəyə səfər edəcək.

Avropa.info xəbər verir ki, Ersin Tatar səfər çərçivəsində Kipr Türk Kültür Dərnəyi (KTKD) İstanbul şöbəsi tərəfindən düzənlənəcək Barış və Özgürlük bayramınının 47-ci ildönümü ilə bağlı tədbirə qatılacaq.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Nümayəndəliyindən verilən məlumata görə, Ersin Tatar avqustun 4-də ölkəsinə dönəcək.


Oxunma sayı: 2377

Oxşar yazılar