Paşinyan yeni hökumətini formalaşdırır - Altı nazir təyin edildi

  • 14:18 - 03 Avqust

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə altı nazir və baş nazirin müavininin təyinatı ilə bağlı sərəncamlar imzalayıb.

Avropa.info bildirir ki, baş nazirin müavini vəzifəsində Mger Qriqoryan qalıb.

Əvvəlki hökumətdən Vaan Kerobyan iqtisadiyyat naziri, Anait Avanesyan səhiyyə naziri vəzifələrini saxlayıb.

Sabiq ombudsmen Karen Andreasyan ədliyyə naziri, sabiq iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri təyin olunub.

Qeyd edək ki, ötən gün A.Sarkisyan Nikol Paşinyanın baş nazir təyin olunması ilə bağlı sərəncam imzalamışdı. Eyni zamanda, Arşak Karapetyan müdafiə naziri təyin olunmuşdu.


Oxunma sayı: 3290

Oxşar yazılar