Milli Məclisin iclasında QALMAQAL : "Polisin yiyəsi var, deputatın yoxdur", "Səs yazısı var, sizə dinlətdirəcəyəm" - VİDEO

  • 12:20 - 03 Avqust

Milli Məclisin iclasında deputat Tahir Kərimli ilə spiker Sahibə Qafarova arasında mübahisə yaranıb.

Tahir Kərimli çıxışı zamanı bildirib ki, deputatın yiyəsi yoxdur, lakin polisin yiyəsi var.

O deyib ki, polislə Eldəniz Səlimovu barışdırmaq olardı.

Milli Məclisin sədri Sahibə Qafarova isə Tahir Kərimliyə sərt cavab verib: “Necə yəni deputatın yiyəsi yoxdur? Milli Məclisi xalq seçir. Şəxsən mən bir səs yazısını sizə dinlətdirəcəyəm, ondan sonra görək, eyni fikirləri səsləndirəcəksiniz?”, - deyə S.Qafarova əlavə edib.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.


Oxunma sayı: 7338

Oxşar yazılar