Milli Məclisin sədrindən sərt reaksiya: Deputatın yiyəsi xalqdır

  • 12:26 - 03 Avqust

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin fikirlərinə sərt reaksiya verib.

Avropa.info bildirir ki, deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı müzakirələrdə çıxışı zamanı deputatın yiyəsi yoxdur, kimi fikir səsləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: "Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəyəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəyəm. Mən özüm kabinetdən çıxacağam, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi".

Qeyd edək ki, iclasda çıxış edən Tahir Kərimli polisin hərəkətlərini qınayıb:

"Orada polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz nə edək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi,  indi bizmi onlara verək?"


Oxunma sayı: 2707

Oxşar yazılar