Canlı yayımda alovun içindən çıxan adam hər kəsi heyrətə gətirdi - VİDEO

  • 12:33 - 03 Avqust

Türkiyənin Muğla şəhərinin Marmaris və Köyceğiz rayonlarında meşə yanğınları küləyin təsiri ilə daha 8 məhəlləyə yayılıb.

Qeyd olunan ərazidən reportaj hazırlayan yerli televiziyaların biri canlı yayım zamanı maraqlı hadisənin şahidi olub.

Belə ki, alovların kəskin olduğu ərazini çəkən kameralar oradan bir nəfərin mətin addımlarla gəldiyinin şahidi olub. Yanğından qorxmadığını göstərən vətəndaşa digər iki sivil şəxs yardım edərək ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, "alovun içindən çıxan adam" adını qazanmış vətəndaşın bu görüntüləri Türkiyədə baş verən yanğınların nə qədər dəhşətli olduğunu ortaya qoyub.


Oxunma sayı: 2927

Oxşar yazılar