"Təxminən 300-ə yaxın məlumat almışıq, hər birini araşdırırıq"- Türkiyə Daxili İşlər naziri yanğınlarda sabotaj iddiaları haqda

  • 17:44 - 02 Avqust

"Yanğınlarla bağlı xüsusi bir qrupumuz təhqiqat aparır. Təxminən 300-ə yaxın məlumat almışıq, hər birini araşdırırıq."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu yanğınlarla bağlı sabotaj iddialarına cavab verərkən deyib.  

Dövlətin bütün qurumlarının yanğının bir an öncə söndürülməsi və normal vəziyyətə gətirilməsi üçün çalışdığını deyən Soylu, hər kəsə təşəkkür edib. 

"Buranın qəhrəmanları var. Bu qəhrəmanlar meşə işçiləridir. Düzdür, hamımızın ürəyi yanır, amma bir ağac yetişdirmək üçün səy göstərən meşəçilərin yalnız ürəkləri deyil, bütün bədənləri yanır. Bir millət vəkilinin paylaşımını gördüm, çox üzüldüm, "gəldim, bir meşəçi görmədim" deyir. Əlbəttə onları görə bilməzsən. Onlar atəşin ortasındadırlar. Var gücləri ilə çalışırlar. Dünən Antaliyada 13 meşə işçisini çətinliklə qurtardıq. Gəlib iki selfi çəkməklə yanğın söndürülmür. Bunu siyasi partiyadan, ideologiyadan və düşüncədən asılı olmayaraq deyirəm. 

Biz burada şəhərlə bələdiyyələrin nəzarəti altındadır deyə bu günə qədər bir şey söyləmədik. Manavqat və Antaliya bələdiyyə başqanlarımız CHP-dəndir. Biz birlikdə çalşırıq. Sahədə əksikləri görmürəmmi? Baxdıqda 10-20 dənə əksik var. Amma əksikləri tvitterdə yazsam doğru etmiş olarammı? Bu doğru deyil. Biz burada yanğına qarşı birgə mücadilə edirik. 

Buradan vətəndaşlarımıza demək istəyirəm. Hal -hazırda sosial medianın 90 faizi yalan tirajlayır. Polis, jandarma olaraq bütün məlumatlara sahibik.Yanğının sönməsini istəyən insanlar yanğını söndürməyə çalışır, sönməsini istəməyən insanlar dedi -qodu edir", deyə Soylu qeyd edib.

Avropa.info


Oxunma sayı: 3037

Oxşar yazılar