Benzin bahalaşdı: Bazarda bu maşınlara maraq artdı – VİDEO

  • 14:29 - 02 Avqust

"Aİ 92" markalı benzinlə  işləyən avtomobillərə marağı artıb. Maşın bazarına gələn alıcılar indi daha  çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar. 

Avropa.info Xezerxeber.az-a istinadən xəbər verir ki, bununla yanaşı, bəzi avtomobillərin qiymətlərində 1500 manata qədər artım müşahidə edilib.

Maşın bazarına  gələnlər modelə görə yox yanacaq növünə  görə seçim edirlər. Aİ 95 markalı benzinin qiymətinin bahalaşması Aİ 92 markalı benzinlə işləyən avtomobillərə marağı artırıb. Bazara gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar.

Elə alıcıların da çoxu qiymətlərdən narazıdır. Müşahidələr göstərir ki, bazarda xüsusilə "Aİ-95" və "Aİ-98" markalı benzinin istifadə olunduğu avtomobillərin qiymətlərində 1000- 1500 manata qədər artım müşahidə edilir. 

Qeyd edək ki, dünəndən etibarən  bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium markalı benzin 5 qəpik bahalaşaraq 1manat 45 qəpiyə satılmağa başlayıb.


Oxunma sayı: 8075

Oxşar yazılar