Aksunqur İHA 3 nəfəri alovlar arasından qurtardı... -Yanğınların söndürülməsində Türk PUA-ları da aktiv iştirak edir

  • 00:29 - 02 Avqust

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir dünən yanğın bölgəsində uçuş zamanı Aksunqur İnsansız Hava Aparatının alovlar içində olan 3 nəfər qüllə işçisini aşkarladığını və həmin şəxslərin xilas edildiyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, bu haqda Dəmir tvitter hesabında yazıb.

Dəmir Türkiyənin istehsal etdiyi PUA-ların yanğının qarşısının alınmasında aktiv iştirak etdiyini deyib.

 "Aksunqur İHA dünən uçuş zamanı 3 qüllə işçisini təsbit etdi və Allaha şükür ki, onların oradan çıxarılmasına səbəb oldu", deyə Dəmir qeyd edib.


Oxunma sayı: 5413

Oxşar yazılar