Türkiyədə yanğınları PKK terror təşkilatı törədib -Açıqlama yaydılar (FOTO)

  • 22:35 - 01 Avqust

Türkiyənin turizm bölgələrində baş vermiş yanğının məsuliyyətini PKK terror təşkilatına bağlı "Alov uşaqları" qrupu öz üzərinə götürüb. 

Avropa.info xəbər verir ki, bu haqda "Yeni Akit" qəzeti məlumat yayıb. 

Qəzetin yazdığına görə, Suriya mərkəzli "Rojova Ağı" adlı PKK-ya aid hesabdan yayılan açıqlamada, ""Alov uşaqları" qrupu Türkiyənin turistik bölgələrinə edilən sabotaj hücumlarının məsuliyyətini üzərinə götürür: yanğın .... ", deyilib. Terrorçular yaydıqları açıqlamada, Türkiyədən qisas aldıqlarını da qeyd edirlər.

Yayılan açıqlamaya hələlik rəsmi münasibət bildirilməyib.  


Oxunma sayı: 15137

Oxşar yazılar