Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb

  • 20:06 - 01 Avqust

Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən gedib.
Bu barədə Andrey Şevçenko feysbuk səhifəsində məlumat verib.
“Bu gün Ukrayna Futbol Federasiyası ilə müqaviləm başa çatıb. Mən beş il millidə çalışdım. Biz sübut etdik ki, müasir futbol oynamağı bacarırıq. Mən hər bir futbolçuya, azarkeşlərə, komandanın inkişafında xidməti olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Andrey Şevçenko əlavə edib.


Oxunma sayı: 9406

Oxşar yazılar