Almaniyada kimyəvi zavodda partlayış baş verib - ölən və yaralananlar var

  • 23:30 - 27 İyul

Almaniyanın Leverkuzen şəhərində “Currenta” şirkətinin kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 31 nəfər xəsarət alıb.

Partlayış zamanı 2 nəfər həlak olub. Daha əvvəl isə 5 nəfərin itkin düşməsi barədə məlumat yayılıb.

Leverkuzen polisi maksimal təhlükə elan edib və yerli sakinlərə evlərinin qapı və pəncərələrini açmağı, küçəyə çıxmağı qadağan edib.


 


Oxunma sayı: 1431

Oxşar yazılar