Türkmənistan tarixində ilk dəfə olimpiya medalı qazandı

  • 19:55 - 27 İyul

Türkmənistan müstəqil ölkə kimi ilk olimpiya medalını qazanıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarında ağırlıqqaldıran Polina Quryeva gümüş medala sahib olub. 59 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı qadınların mübarizəsində birdən 96 kq, təkanla 121 kq ağırlıq qaldırıb və iki hərəkətin cəmində 217 kq nəticə göstərib.

Qeyd edək ki, bu çəkidə qızıl medala tayvanlı Qo Sinçjun 236 kq (103+133), bürünc medala isə yaponiyalı Mikiko Ando 214 kq (94+120) yiyələnib.(report) 


Oxunma sayı: 11111

Oxşar yazılar