Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisinin səlahiyyət müddəti başa çatır

  • 16:47 - 27 İyul

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Növber Ferit Vechinin səlahiyyətləri başa çatır. 

Bu barədə Avropa.info-ya məlumatı Növber Ferit Vechinin özü məlumat verib.

O bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi kimi səlahiyyət müddəti iyulun 30-da başa çatır.

"Bu müddətdə sizinlə tanış olub, birlikdə uyum içində yürütdüyümüz əməkdaşlıqdan, hər zaman mənə verdiyiniz dəstəkdən dolayı hər birinizə təşəkkür edir, uğurlar, cansağlığı diləyirəm. Sevgi və hörmətləri yetirirəm. Sizinlə Kıbrısda birlikdə olmaq diləyi ilə", -deyə o vurğulayıb.


Oxunma sayı: 5347

Oxşar yazılar