Azərbaycanın qələbəsi Pakistanda da böyük sevinclə qarşılandı - Əsəd Qeysər

  • 16:39 - 27 İyul

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qələbəsi Pakistanda da böyük sevinclə qarşılandı. Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayrağının da Azərbaycanda dalğalanması bizi çox sevindirirdi.

Avropa.info bildirir ki, bu barədə Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.

Ə.Qeysər bildrib ki, bu qələbəyə Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlığı, Azərbaycan xalqının birliyi nəticəsində nail olundu: "Bu yolda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".


Oxunma sayı: 3950

Oxşar yazılar