Bakıda şok hadisə: özünü qumbara ilə partlatdı, polislər yaralandı

  • 17:44 - 27 İyul

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Maşın bazarı" adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs "Maşın bazarı" adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.


Oxunma sayı: 4533

Oxşar yazılar