Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək

  • 15:34 - 27 İyul

Son günlər Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər, eləcə də Naxçıvan istiqamətlərində yaşanan və insan ölümü ilə nəticələnən gərginlik Moskvanı narahat edir.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, sərhəddəki gərginliklə bağlı Moskva Yerevan və Bakı ilə təmasları intensivləşdirib.

Belə ki, bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Arşak Karapetyan Moskvaya səfər edib. O, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə sərhəddəki durumu müzakirə edəcək.

Paralel olaraq, yaxın günlərdə Ermənistanın digər əsas strukturlarının, o cümlədən, Milli Təhlükəsizlik Xidməti rəhbərinin də Moskvaya səfər edəcəyi gözlənilir.

Kreml sərhəddə baş verən gərginliyin yaranmasında məhz Yerevanı təqsirli bilir. Kreml bunu üçtərəfli razılaşmanın bəndlərinin reallaşdırılmasını pozmaq və ya ləngitmək üçün erməni tərəfinin atdığı addım sayır. Ermənistanın yüksək ranqlı şəxslərinin Moskvaya çağırılması məhz bu məsələ ilə bağlıdır. 


Oxunma sayı: 6722

Oxşar yazılar