Qarabağda Ermənistan hərbçisi intihar edib - YENİLƏNİB

  • 12:19 - 27 İyul

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ölən Ermənistan hərbçisi Sarkis Qriqoryanın intihar etdiyi məlum olub.

Avropa.info "report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

Hadisə iyulun 26-da yerli vaxtla axşam saat 22-də baş verib. S.Qriqoryan döş qəfəsinin sol nahiyəsindən güllə yarası alıb. Nəticədə o ölüb.

19 yaşlı hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.

***

Qarabağda naməlum şəraitdə erməni əsgəri ölüb.

Avropa.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, postlardan birində ölümcül güllə yarası alan əsgər sonradan dünyasını dəyişib.

"İyulun 26-da şimal istiqamətindəki hərbi hissələrdən birində 2002-ci il təvəllüdlü Sarkis Jirayroviç Qriqoryan aydın olmayan şəraitdə güllə yarasından ölüb",-saytlar yazıb.


Oxunma sayı: 5072

Oxşar yazılar