Nazirlər Kabineti qərara dəyişiklik etdi - Bu şəxslər 550 AZN pul mükafatı alacaqlar

  • 11:26 - 27 İyul

Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydası dəyişib.

Avropa.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydalarının təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, bir nəfərə verilən pul mükafatının miqdarı 550 manatdan çox ola bilməyəcək.

Əvvəl bu məbləğ Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqının 500 mislindən çox ola bilməzdi.


Oxunma sayı: 1893

Oxşar yazılar