Çində avtobus aşıb: 13 nəfər ölüb, 47 nəfər yaralanıb

  • 23:40 - 26 İyul

Çinin Qansu vilayətində içərisində 63 nəfərin olduğu avtobusun magistral yoldan çıxaraq aşması nəticəsində 13 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Hadisə günorta saatlarında Pinlian şəhərinin Cinçuan rayonu ərazisində baş verib.
İctimai Təhlükəsizlik Nazirliyi Pinliana hadisəni araşdırmaq üçün işçi qrupu ezam edib. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.


Oxunma sayı: 2982

Oxşar yazılar