İmişlidə şəhidlərin xatirəsinə turnir keçirildi

  • 21:46 - 26 İyul

İmişlidə şəhidlərin xatirəsinə turnir keçirildi

Avropa.info xəbər verir ki, iyulun 25-də İmişli şəhərində İmişli Kikboksinq klubunun təşkilatçılığı, İmişli rayon Gənclər və İdman İdarəsinin, Asan Xidmət Mərkəzinin və YARAT Təhsil və Karyera Mərkəzinin dəstəyi ilə palkovnik leytenant Musayev Sədi Süleyman oğlunun və İmişli şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kikboksinq turniri keçirilib. Şəhid ailələrinin, qazilərin, vətənpərvərlərin də iştirak etdiyi turnir rəsmi açılışla start götürüb. Dövlət himni səsləndirildikdən sonra hakimlər komitəsinin sədri, baş hakim Aydın Ağabəyov çıxış edərək Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyətindən danışıb.Yarat Təhsil Mərkəzinin rəhbəri olaraq Ziya Rzayev öz çıxışında hazırki dönəmdə gənclərin sağlam və vətənpərvər yetişməsi üçün diqqətin idmana yönəldilməsinin vacibliyindən danışıb. Çünki təhsil ilə bərabər idman da cəmiyyəti sağlam yaşama aparan vasitədir. Ziya Rzayev turnirin keçrilməsində böyük rolu olan İmişli Kikboksinq Klubunun direktoru Rəhman Hüseynova, Federasiyanın Fəxri Prezidenti, Millət Vəkili Adil Əliyevə xüsusi təşəkkürünü bildirərək bu addımı böyük və uğurlu addım kimi qiymətləndirib. Sonda qaliblər diplom və medallarla təltif olunublar.


Oxunma sayı: 12783

Oxşar yazılar