Sarkisyanın Tokio səfəri narazılıq yaratdı: "O, hansı idman növündə çıxış edəcək?"

  • 12:01 - 26 İyul

Ermənistan prezidenti Armen Sarkisyanın Olimiya oyunlarını izləmək üçün Yaponiyaya getməsi ölkəsində narazılıqla qarşılanıb.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, erməni ictimaiyyəti normal prezidentin ölkədə hərbi-siyasi gərginlik olan vaxtı istirahət üçün yarışlara baxmağa getmədiyini yazırlar.

Məsələn, tanınmış erməni yazar Voskan Sarkisyan ölkə prezidentinin problemlər məngənəsində sıxılan Ermənistanla ilgilənməməsindən gileylənib. O Armen Sarkisyanın Olimpiadaya getməsini lağa qoyub.

“Tokio Olimpiadasında 10 qızıl medal qazansaq, onları Hadrut, Şuşa, Talış və Suqovuşanla dəyişdirmərəm. Hərçənd bu qədər medal qazanmağımız belə real deyil. Minlərlə gəncin məzarı qarşısında baş əyirəm. Sözdə prezident olan Armen Sarkisyanı Olimpiadaya kim göndərdi? O hansı idman növündə çıxış edəcək? Bildiyim qədər Olimpiya Oyunlarında sinxron şəkildə uşaqlara dondurma paylamaq idman kimi qəbul edilmir",-Voskan Sarkisyan bildirib.



Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan da prezidentin “Olimpiya sevgisini” tənqid edib:

“Erasxda atışmadır, sərhəd alışıb yanır. Bizim prezident isə durub Tokioa yollanır ki, Olimiyadaya baxsın”.


Oxunma sayı: 2740

Oxşar yazılar