Daha bir cüdoçumuzdan erkən məğlubiyyət

  • 11:34 - 25 İyul

Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-yə uğursuz start verib.

Qol.az xəbər verir ki, 66 kq dərəcəsində mübarizə aparan Orxan Səfərov 1/16 final mərhələsində Qazaxıstandan olan rəqibi Yerlan Serikjanovla (Qazaxıstan) qarşılaşıb və əlavə vaxtda vazari xalı ilə uduzub. Bununla da o, Yay Olimpiya Oyunlarında çıxışını erkən başa vurub.

Xatırladaq ki, dünən cüdoçularımızdan Kəramət Hüseynov (66 kq) 1/8, Aişə Qurbanlı isə 1/16 final mərhələsində məğlub olub.


Oxunma sayı: 9582

Oxşar yazılar