Azərbaycan, Qətər və İngiltərə zənginləri Bodrumda qala gecəsində... -Dəvətnamə 25 min avroya (FOTO)

  • 10:49 - 25 İyul

Dünyanın ən böyük vəqif dəvətlərindən "Naked Heart Foundation"ın qala gecəsi Bodrumda baş tutub. 

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. 

Məlumata görə, "Naked Heart Foundation" tərəfindən  düzənlənən "Magical Turquerie" xüsusi axşam yeməyi və qala gecəsi iyulun 23-ü axşamı Bodrumdakı, dünyanın ən bahalı otellərindən olan “Villa Maçakızı”nda baş tutub. Qonaqlar arasında Azərbaycan, İsveçrə, Rusiya, Qazaxıstan Qətər, İngiltərə və Türkiyənin zəngin isimləri yer alıb.  

"Naked Heart Foundation"un qurucusu, model Nataliya Vodianova, “Chopard” həmsədri Karolina Şeufel və “Chopard” şirkətinin Türkiyə təmsilçisi Şelli Ovadianın rəhbərliyi ilə axşam proqramı həyata keçirilib. Qala yeməyi tanınmış türk mozaik sənətçisi İbrahim Kuşlunun hazırladığı qablarda təqdim edilib. Qala gecəsinə dəvətnamələrin qiyməti 25 min avroya satılıb. 

Avropa.info


Oxunma sayı: 33265

Oxşar yazılar