ABŞ-da baş vermiş atışma zamanı 2 nəfər ölüb

  • 10:25 - 25 İyul

ABŞ-ın Kaliforniya ştatının San-Rafel şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat yerli polisin saytında dərc olunub.

Şəhərin cənub hissəsində baş vermiş atışma barədə məlumat hüquq-mühafizə orqanlarına şənbə günü gecə saatlarında daxil olub. Ehtimal olunur ki, hadisədə San-Rafel şəhərinə rep konsertinə gələnlər iştirak edib. Bir nəfər hadisə yerində öldü, ikincisi isə xəstəxanada ölüb.

Atışmada yaralanan bəzi şəxslər isə avtomobillərlə hadisə yerindən qaçmağa çalışsalar da, polis onları saxlayıb.


Oxunma sayı: 4236

Oxşar yazılar