Təbrizlilər Əhvaz ərəblərinə dəstək üçün küçələrə axışdı: "Azərbaycan, Əl-Əhvaz!", "İttihad, ittihad!" şüarları (VİDEO)

  • 23:11 - 24 İyul

Bir neçə gündür İranın Xuzistan əyalətində su çatışmazlığı və digər sosial problemlərlə əlaqədar etirazlar Cənubi Azərbaycana da yayılıb.

Avropa.info xəbər verir ki, bu gün Təbriz küçələrinə çıxan Azərbaycan türkləri Xuzistan sakinlərinin etirazlarını dəstəklədiklərini və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı silah istifadə etmələrini pisləyiblər. Aksiyaya çıxan Təbrizlilər "Azərbaycan, Əl-Əhvaz!”, “İttihad, ittihad!” şüarları səsləndiriblər.

Təbriz küçələrinə çıxan minlərlə etirazçıya polis və motosikletli “Bəsic” üzvləri müdaxilə etməyə çalışır. Bəzi yerlərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib.

Qeyd edək ki, İranın Xuzistan (vilayətin keçmiş adı Əl-Əhvaz adlandır: red.) vilayətində su qıtlığına görə günlərdir kütləvi etirazlar keçirilir və təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində artıq 8 adam həlak olub. Onlardan biri də polis zabitidir. Problemə səbəb həm İranda uzun müddətdir davam edən quraqlıq, həm də illər əvvəl Xuzestan bölgəsindən keçən çayların səmtinin dəyişdirilməsi və onların metallurgiya zavodları yerləşən bölgələrə axıdılmasıdır. İranın Ali dini lideri ötən gün Xuzistan sakinlərinin tələblərinin haqlı olduğunu bildirib və məmurları insanların problemlərini həll etməyə çağırıb.

Avropa.info


Oxunma sayı: 8504

Oxşar yazılar