Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - VİDEO

  • 21:28 - 24 İyul

Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avropa.info-ya verilən məlumata görə, dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.


Oxunma sayı: 8295

Oxşar yazılar