Radik Oxikyan Azərbaycan postlarına dəfələrlə hücum etdi, əsgərlərimiz döyüb yola saldı - Ermənilərdən etiraf + Foto

  • 19:35 - 24 İyul

Ermənistanın Yerasx (Arazdəyən) kəndinin nümayəndəsi Radik Oxikyan iyul ayının 19-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Radik Oxikyan törətdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusunun hərbçiləri tərəfindən döyülüb və qaçmağa çalışarkən bir neçə güllə yarası alıb. Məlumatda Oxikyanın hazırda xəstəxanada olduğu da bildirilir.

Xatırladaq ki, son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə ( Şuşa, Naçxıvan, Kəlbəcər, Tovuz istiqamətləri) təxribata əl atır və atəşkəsi pozur. Azərbaycan ordusu isə düşmənin cavabını verməklə onun təxribatının qarşısını uğurla alır.

/Konkret.az


Oxunma sayı: 21066

Oxşar yazılar