Cüdoçularımızdan uğursuz başlanğıc - Tokio 2020

  • 11:39 - 24 İyul

Azərbaycan idmançıları Tokio-2020 Olimpiadasında mübarizəyə qoşulublar. 60 kq-da çıxış edən cüdoçumuz Kəramət Hüseynov Böyük Britaniya təmsilçisi Ashley McKenzie üzərində qələbə qazanaraq 1/8 finala yüksəlsə də, növbəti mərhələdə uduzub.

Avropa.info xəbər verir ki, K.Hüseynov Gürcüstan cüdoçusu Lukum Tsxvimianiyə ipponla məğlub olaraq mübarizəni erkən başa vurmalı olub.

Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzub.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.


Oxunma sayı: 3884

Oxşar yazılar