Rusiyadan sensasion ETİRAF: Türkiyə Qafqaz və Orta Asiyada rolunu artıraraq regional gücə çevirildi...

  • 02:34 - 23 İyul

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına bağlı Çağdaş Beynəlxalq Məsələlər İnstitutunda "Rusiya və Türkiyə: dünən, bu gün, sabah" mövzusunda dəyirmi masa keçirilib.

Avropa.info xəbər verir ki, Çağdaş Beynəlxalq Məsələlər İnstitutunun direktoru Oleq Karpoviç Rusiya ilə Türkiyə arasındakı əlaqələrin əhəmiyyətinə işarə edərək, "Türkiyə son zamanlar beynəlxalq aləmdə əhəmiyyətli bir rol oynayır. Buna görə də Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələr beynəlxalq münasibətlərdə əhəmiyyətli bir gündəmə çevirildi", deyib. 

Karpoviç, Türkiyənin Cənubi Qafqaz və Orta Asiyada əhəmiyyətli bir rol oynamağa başladığını bildirib.

Rusiyadakı Çağdaş Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Amur Hacıyev, Türkiyənin regional və qlobal siyasətdəki statusunun dəyişdiyini deyib.

"Türkiyənin regional və qlobal siyasətdəki statusu dəyişdi. Türkiyə regional gündəmin qurulmasında iştirak edərək regional dönüşüm proseslərinə qatıldı. Türkiyənin  xarici siyasəti praqmatik bir istiqamətdə irəliləyir. Ankara milli maraqlarına uyğun hərəkət edir. Türkiyə bölgədəki mövqeyini gücləndirdi və son 5 ildə qonşu ölkələrə təsirini artırdı", deyə Hacıyev qeyd edib. 

Avropa.info 


Oxunma sayı: 4082

Oxşar yazılar