Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi

  • 15:44 - 22 İyul

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Paşinyan bu haqda hökumətin iclasında bildirib.

“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti ölkəmiz və bölgə üçün dinc inkişaf dövrü başlatmaq vəzifəsini yerinə yetirməkdə qərarlıdır”, - deyə, Nikol Paşinyan qeyd edib.


Oxunma sayı: 10143

Oxşar yazılar