Narkotik vasitələri yayanların aşkar edilməsi davam edir - SAATLIDA NARKOTİK BİTKİ YETİŞDİRƏN SAXLANILIB

  • 15:23 - 22 İyul

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.

Avropa.info xəbər verir ki, onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Huseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 


Oxunma sayı: 4049

Oxşar yazılar