Türkiyədə bir gündə 59 nəfər koronavirusdan ölüb

  • 23:37 - 21 İyul

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 59 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 184 min 462 nəfər test edilib, onların 8 min 151-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 496 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 64 milyon 12 min 165 peyvənd tətbiq edildiyi qeyd olunub.


Oxunma sayı: 3532

Oxşar yazılar