“Xameneinin fətvası bizi Qarabağda qələbəyə çatdırdı” – Allahşükür Paşazadə İranın Ermənistana dəstəyini unutdumu? (VİDEO)

  • 21:04 - 21 İyul

“Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var”.
 

Avropa.info xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
 

“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm.
Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, - Paşazadə bildirib.
 

Allahşükür Paşazadənin bu açıqlada İranın və Xamneyinin adını çəkib, təşəkkür etməsi sosial şəbəkələrdə sərt etirazlarla qarşılanıb. Bir çox sosial media hesabı İranın Ermənistana yardımlarını xatırladaraq, Paşazadəyə etiraz ediblər.


Oxunma sayı: 15357

Oxşar yazılar