Hacıqabulda polis əməliyyat keçirdi: patı" satan şəxs saxlanıldı

  • 17:53 - 21 İyul

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Oxunma sayı: 8031

Oxşar yazılar