2032-ci il Yay Olimpiya oyunları bu şəhərdə keçiriləcək

  • 15:54 - 21 İyul

2032-ci il Yay Olimpiya oyunları Avstraliyanın Brisben şəhərində keçiriləcək.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilmiş 138-ci sessiyasında qərar verilib.

Brisben bu oyunlara ev sahibliyi etmək üçün yeganə namizəd idi.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya oyunları Parisdə, 2028-ci ildə isə Los-Ancelesdə keçiriləcək. 


Oxunma sayı: 10275

Oxşar yazılar