İmişlidə Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylanıldı - Foto

  • 22:07 - 20 İyul

İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylanıldı

Avropa.info xəbər verir ki,  20 iyul 2021-ci il tarixində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylanıldı

Rayon icra hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və qazi ailələrinə  baş çəkib, qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndirmişlər.

Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ümumilikdə İmişli rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə bağlı, 573 Şəhid və Qazi ailəsinə bayram sovqatı paylanmışdır.


Oxunma sayı: 3367

Oxşar yazılar