"Formula 1" Britaniya Qran-prisinin qalibi olub

  • 13:05 - 19 İyul

“Formula 1” yarışlarının onuncu mərhələsi başa çatıb. “Mercedes” komandasından olan britaniyalı Luis Hemilton Britaniya Qran-prisinin qalibi olub. Yarışlar “Silverstoun” avtodromunda baş tutub.

İkinci yeri “Ferrari”nin pilotu Şarl Lekler qazanıb. “Mercedes”in digər pilotu Valtteri Bottas isə üçüncü olub.

Hemilton bununla da Britaniya Qran-prisinin səkkizinci dəfə qalibinə çevrilib. Bu göstərici bu mərhələ üçün rekord sayılır.

Qeyd edək ki, ilk dövrədə “Red Bull” komandasının pilotu niderlandlı Maks Ferstappenin bolidi Hemiltonun bolidi ilə toqquşmadan sonra yarışdan uzaqlaşıb. Qəzadan sonra Ferstappen müayinə üçün xəstəxanaya aparılıb. Luis Hemilton isə buna görə 10 saniyəlik penalti ilə cəzalandırılıb.


Oxunma sayı: 6645

Oxşar yazılar