Avropa Liqasının final oyunları bu şəhərlərdə keçiriləcək

  • 10:57 - 17 İyul

UEFA İcraiyyə Komitəsi Avropa Liqasının final oyunlarının məkanlarını açıqlayıb.

Avropa.info xəbər verir ki, Avropa futbol qurumu qitə çempionatının təşkilatçılıq hüququndan məhrum etdiyi İrlandiyanın paytaxtı Dublin və İspaniyanın Bilbao şəhərinə klub turnirinin həlledici görüşünü verib.

Qurum hər iki şəhərin səylərinə və beynəlxalq oyunların hazırlıq prosesinə maliyyə yatırımlarına hörmətlə yanaşdığını bildirib. Dublin Avropa Liqasının 2023/2024 mövsümünün final oyununu təşkil edəcək, Bilbao isə Avropa Liqasının 2024/2025 mövsümünün, habelə 2024-cü ildə qadınlar arasında Çempionlar Liqasının həlledici görüşünün təşkilatçısı olacaq.


Oxunma sayı: 7558

Oxşar yazılar