"Barselona" Messi ilə razılığa gəldi

  • 18:30 - 14 İyul

İspaniyanın "Barselona" klubu və futbolçu Lionel Messi arasında yeni müqaviləyə dair prinsipial razılıq əldə olunub.

Sözləşmə 5 il müddətinə nəzərdə tutulub. 34 yaşlı hücumçu maaşının 50 faiz azaldılmasına razı olub.

O, klubun maddi vəziyyətinin çox ağır olduğunu nəzərə alaraq və digər oyunçulara nümunə göstərmək istəyi ilə "Barselona"nın şərtlərini qəbul edib. Bildirilir ki, danışıqlarda pul amili problem olmayıb. Vergiyə cəlb olunma əsas prioritet olub.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 qarşılaşmasında 5 qol və 2 məhsuldar ötürmə də var.


Oxunma sayı: 10550

Oxşar yazılar