Çempion İtaliya hava limanında belə qarşılandı - VİDEO

  • 15:33 - 12 İyul

AVRO-2020-nin qalibi olan İtaliya millisi ölkəsinə qayıdıb. 

Avropa.info xəbər verir ki, futbolçuları hava limanında böyük coşqu ilə qarşılayıblar.

İtaliya millisinin qapıçısı Canluici Donnarumma əlində AVRO-2020 kuboku ilə təyyarədən enrkən azarkeşlər onu alqışlara qərq ediblər.

Pandemiya ilə bağlı hava limanına məhdud sayda insan buraxılıb. İtaliyalılar milli yığmanın oyunçuları ilə fotolar çəkdiriblər. 

Qeyd edək ki, AVRO-2020-nin final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə (ilk dəfə Avro-1968) Avropa çempionatını qazanıb.


Oxunma sayı: 14367

Oxşar yazılar