Avro-2020-nin qalibi müəyyənləşdi - Yenilənib

  • 02:39 - 12 İyul

Bu gecə Avro-2020-nin qalibi müəyyənləşib.

Final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə (ilk dəfə Avro-1968) Avropa çempionatını qazanıb.

İngiltərə isə  tarixində ilk dəfə final görüşünə çıxıb.

Xatırladaq ki, Avro-2020 Bakı da daxil olmaqla Avropanın 11 şəhərində keçirilib.

11 iyul

Avro-2020

Final

23:00. İtaliya – İngiltərə - 1:1 (Penaltilər seriyası - 3:2)
Qollar: Lyuk Şou, 2 (0:1), Bonuççi, 67 (1:1)
Baş hakim: Byörn Kuypers (Niderland)
London. “Uembli” stadionu 

Penaltilər seriyası

İtaliya:     +-++-
İngiltərə: ++---


Oxunma sayı: 8108

Oxşar yazılar