Ersin Tatardan BMT rəsmisinə ÇAĞIRIŞ: "Bu həll yolu nə vaxta qədər zorla davam edəcək?"

  • 13:19 - 23 İyun

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar BMT-nin yüksək səviyyəli rəsmisi Jane Holl Lute ilə görüşüb.

Avropa.info xəbər verir ki, təxminən 1,5 saat davam edən görüşdən sonra Ersin Tatar mətbuata açıqlama verib. 

Prezident Ersin Tatar hazırkı mərhələdə qeyri-rəsmi olaraq hər cür danışıqlara hazır olduqlarını, ancaq Cenevrədə irəli sürdükləri 6 maddəni, xüsusən də “qarşı tərəflə danışıqlara davam etmək üçün suveren bərabərlik və beynəlxalq statusun bərabərləşdirilməsini əhatə edən ilk maddəni qəbul etmək vacibdir” deyib. 

Prezident Ersin Tatar, iki tərəfi barışdıracaq ortaq bir zəmin yaradılacağını, burada praktik, yaradıcı və cəsarətli addımlar atacağını və suverenlik tələblərinin BMT və ətrafdakı ölkələrin təklif və təzyiqlərinə uyğun olaraq formalaşacağını da bildirib. Tatarın sözlərinə görə, təəssüf ki, Kipr yunan tərəfinin üstünlüyü səbəbindən mövcud şərtlərdə bir asimmetriya var" deyib.

Yunan tərəfinin lideri Nikos Anastasiadisin 25 İyunda Brüsselə gedəcəyini və BMT Baş katibi ilə görüşəcəyini xatırladan Tatar, Lute vasitəsi ilə Baş Katibə bir görüş istəyi də göndərdiklərini qeyd edib.

Prezident Tatar Luteyə  Cenevrədəki 5 + BMT zirvəsindən sonra prosesi qiymətləndirdiklərini, Kipr Türk tərəfinin Cenevrədəki mövqeyini qoruduğunu çatdırdıqlarını söyləyib. 

BMT Baş katibinin Cenevrə görüşü üçün onlara göndərilən dəvət məktubunda "mövqelərini başa düşdüyünü və bu dəvəti yeni fikirlərini öyrənmək üçün reallaşdırdığını" bildirdiyini qeyd edən Ersin Tatar Kipr Türk tərəfinin konstruktiv münasibət göstərdiyini və danışıqlara yenilik gətirdiyini ifadə edib. 

İki toplumlu, iki bölgəli federasiya modeli əsasında danışıqların həyata keçirilə bilməyəcəyini ifadə edən BMT rəsmiləri də bunu bildiklərini söyləyən Tatar, həm Kiprdə, həm də bölgədə çox dəyişiklik olduğunu vurğulayıb. 

1960-cı ildəki ortaq cümhuriyyətdən əvvəl bir çox araşdırma, hazırlıq və danışıqların aparıldığını qeyd edən Tatar, buna baxmayaraq bu ortaqlığın işə yaramadığını söyləyib. 

1974-cü il Barış Hərəkatının bütün baş verənlərdən sonra adaya sülh gətirdiyinə işarə edən Prezident Ersin Tatar, "Kimsə Kiprdə məcbur etmək yolu ilə bir həll yolu tapmaq istəyirsə, bu həll yolu nə vaxta qədər zorla davam edəcək?"deyə sual edib.


Oxunma sayı: 3070

Oxşar yazılar